Aparıcı məşqçilər UEFA-dan Avropa kuboklarındakı səfər qolu qaydasının ləğvini xahiş ediblər

Aparıcı məşqçilər UEFA-dan Avropa kuboklarındakı səfər qolu qaydasının ləğvini xahiş ediblər Onlar hesab edirlər ki, hazırda səfərdə qol vurmaq əvvəlki kimi çətin deyil
Futbol
5 Sentyabr , 2018 09:45
Aparıcı məşqçilər UEFA-dan Avropa kuboklarındakı səfər qolu qaydasının ləğvini xahiş ediblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Avropanın aparıcı baş məşqçiləri qitə miqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılması xahişi ilə UEFA-ya müraciət ediblər. 

"Report"un məlumatına görə, bu barədə qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti təcrübəli mütəxəssislərin İsveçrənin Nyon şəhərindəki forumundan sonra açıqlama verib. O bildirib ki, hazırda səfərdə qol vurmaq əvvəlki kimi çətin deyil. Bu səbəbdən, qaydaya yenidən baxılmasının gərəkliyi qənaətinə gəlinib: "Biz bu müraciətə baxacağıq. Onlar hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəki kimi deyil". 

Görüşə "Massimiliano Alleqri ("Yuventus", İtaliya), Karlo Ançelotti ("Napoli", İtaliya), Rafael Benites ("Nyukasl", İngiltərə), Rudi Qarsiya ("Olimpik", Marsel), Şenol Günəş ("Beşiktaş", Türkiyə), Serjiu Konseysau ("Portu", Portuqaliya), Xulen Lopetegi ("Real Madrid", İspaniya), Joze Mourinyo ("Mançester Yunayted", İngiltərə), Tomas Tuxel (PSJ, Fransa), Paulu Fonseka ("Şaxtyor", Ukrayna), Unay Emeri ("Arsenal", İngiltərə) ilə yanaşı, hazırda işsiz olan Arsen Venger də qatılıb. Əvəzində Xosep Qvardiola ("Mançester Siti", İngiltərə), Dieqo Simeone ("Atletiko", İspaniya) və "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan tədbirə dəvət almayıb. 

Qeyd edək ki, hazırkı qaydalara əsasən, ev və səfər oyunlarındakı topların nisbəti bərabər olduqda, rəqib meydanında daha çox qol vuran komanda cütün qalibi sayılır. Bu qayda dəmir pul atılması və ya neytral meydanda daha bir oyun keçirilməsinə alternativ olaraq, ilk dəfə 1965-ci ildə tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi