Bakı. 19 oktyabr. REPORT.AZ/ "3 xal qazanacağımıza əmin deyildik. Bilirdik ki, çətin olacaq. Çünki rəqib güclü idi".
"Report"un məlumatına görə, bunu İspaniya "Atletiko"sunun futbolçusu Antuan Qrizmann Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra deyib.
Fransalı hücumçu qalan 3 oyunda qrupdan çıxmağa çalışacaqlarını açıqlayıb:
"Biz daha çox çalışmalıyıq ki, qollar vuraq. Effektiv işləməliyik. Çünki şanslarımızdan yararlana bilmirik. Qələbəyə doğru getsək də, buna nail olmağı bacarmırıq. Hücumçular hərdən dəqiq olmurlar. Mərhələ adlamaq üçün qarşıda daha 3 oyunumuz var. Sonadək mübarizə aparacağıq".