Antonio Konte "İnter"dən ayrıla bilər

Antonio Konte "İnter"dən ayrıla bilər Mütəxəssis qarşıdakı mövsümdən əvvəl klub rəhbərliyindən zəmanət istəyir
Futbol
6 May , 2021 14:16
Antonio Konte İnterdən ayrıla bilər
Antono Konte

Antono Konte İtaliyanın "İnter" komandasının baş məşqçisi postundan ayrıla bilər.

"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis qarşıdakı mövsümdən əvvəl klub rəhbərliyindən zəmanət tələb edir.

İtaliyalı baş məşqçi yeni sponsorların axtarışı ətrafında hökm sürən fövqəladə vəziyyətdə klub rəhbərliyinin planlarının və gələcək strategiyasının nədən ibarət olduğunu bilmək istəyir.

Qeyd edək ki, "İnter" A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda 2010-cu ildən sonra ilk dəfə ölkə çempionu olub.

Son xəbərlər

Orphus sistemi