Anton Krivotsyuk: "Hər oyuna final matçı kimi köklənməliyik"

Anton Krivotsyuk: "Hər oyuna final matçı kimi köklənməliyik" Bakı. 17 sentyabr. REPORT.AZ/ Həm bizim üçün, həm də rəqib üçün çox çətin oyun oldu. Yəqin ki, biz son dəqiqələrdə daha istəkli olduq və daha çox güc sərf etdik ki, bu oyunda qələbə qazanaq.
Futbol
17 Sentyabr , 2018 01:43
Anton Krivotsyuk: Hər oyuna final matçı kimi köklənməliyik

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Həm bizim üçün, həm də rəqib üçün çox çətin oyun oldu. Yəqin ki, biz son dəqiqələrdə daha istəkli olduq və daha çox güc sərf etdik ki, bu oyunda qələbə qazanaq".

"Report" xəbər verir ki, bunu "Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk Azərbaycan Premyer Liqasının IV turunda evdə "Keşlə”ni 2:0 hesabı ilə məğlub etdikləri maçt barədə danışarkən deyib.

Komandasının ilk qoluna imza atan 20 yaşlı müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Bəzi epizodlarda qola yaxın olsanız da, fərqlənə bilmədiniz. Qol vuracağınıza inandığınıza görə tez-tez hücuma gedirdiniz?

- Əlbəttə. İki dəfə qol vurmaq imkanım oldu, ancaq onları boşa verdim. Üçüncü şansda isə vurmaq lazım idi. Özümə inanırdım.

Qol vurduqdan sonra hamı elə bildi ki, baş məşqçi Roberto Bordinə doğru irəlilədiniz…

- Mənim yaxın dostum tribunada əyləşmişdi. Həmin qolu ona həsr etdim.

"Neftçi”nin heyətində əsasən, müdafiənin sol cinahında oynayırsınız. U-21 millisində isə bəzən sizi mərkəz müdafiəçisi mövqeyində görürük. Roberto Bordin həmin oyunlardakı çıxışınızı bəyəndiyinə görə sizə mərkəzdə şans verdi?

- İlk dəfə deyil ki, bu mövqedə çıxış edirəm. Düşünürəm ki, Ruslan Abışovun yoxluğu mərkəz müdafiəçisi mövqeyində oynamağımın əsas səbəbidir.

Kril Petrovla yaxşı anlaşırsınız. Səhvləriniz olsa da, sizə köməklik edir. Onunla birlikdə oynamaq sizin üçün əlavə üstünlükdür?

- Sizinlə razıyam. Onun böyük təcrübəsi var. Mən mütləq onun məsləhətlərindən istifadə etməliyəm.

"Neftçi”də futbolçular çempionluğa nə qədər inanırlar?

- Bu oyundan sonra da baş məşqçimiz bizə dedi ki, biz minimumu etmişik. Hər şey hələ qarşıdadır. Hər oyuna final matçı kimi köklənməliyik.

Son xəbərlər

Orphus sistemi