Dağıstanın "Anji" klubunun sahibi dəyişib

Dağıstanın "Anji" klubunun sahibi dəyişib Kluba Osman Kadiyev rəhbərlik edəcək
Futbol
29 Dekabr , 2016 09:52
Dağıstanın Anji klubunun sahibi dəyişib

Bakjı. 29 dekabr. REPORT.AZ/ Rusiyanın "Anji" klubuna sahiblik Süleyman Kərimovdan Osman Kadiyevə keçib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı dekabrın 26-da Kadiyevlə tərkibində Mahaçqala təmsilçisinin də olduğu "Qrandeko" MMC arasında müqavilə bağlanılıb.

Açıqlamada bildirilir ki, Kərimov sahiblik hüquqlarını ötürənədək Dağıstan komandasının bütün borclarını yoluna qoymağı öz üzərinə götürüb. Habelə, tərəflər klubun, yeni sahibinin sərəncamına problemsiz keçidini təmin etməyə razılıq veriblər.

Qeyd edək ki, Süleyman Kərimov "Anji"yə 2011-ci ilin yanvarından rəhbərlik edib. O, klubun büdcəsini kifayət qədər artıraraq, Samuel Eto O, Roberto Karlos, Kristian Samba, Yuri Jirkov, Aleksandr Kokorin kimi məşhur futbolçuları almağa müvəffəq olub. Bundan sonra "Anji" 2012-2013 mövsümündə Rusiya Premyer Liqasını 3-cü pillədə başa vurub. Lakin 2013-cü ildə klubun strategiyasındakı dəyişikliklərlə əlaqədar büdcə azaldılıb. Hazırda "Anji" 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi