Andrey Arşavin Qazaxıstan "Kayrat"ının heyətində vida oyununu keçirib

Andrey Arşavin Qazaxıstan "Kayrat"ının heyətində vida oyununu keçirib Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin Qazaxıstan Kayratının heyətində vida oyununu keçirib.
Futbol
11 Noyabr , 2018 16:09
Andrey Arşavin Qazaxıstan Kayratının heyətində vida oyununu keçirib

Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin Qazaxıstan "Kayrat"ının heyətində vida oyununu keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub.

Görüş qolsuz yekunlaşıb - 0:0. "Kayrat" çempionatı ikinci pillə başa vurub. Arşavinin isə klubla müqaviləsi yekunlaşıb. O, başqa kluba keçməyəcəyini açıqlayıb.

Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol37 məhsuldar ötürmə müəllifi olub.

Arşavin Almatı komandasında 2 dəfə Qazaxıstan çempionatının gümüş medallarını, habelə, ölkə kuboku və superkubok əldə edib.

Son xəbərlər

Orphus sistemi