İnyesta "Barselona"ya qayıtmaq istəyir

İnyesta "Barselona"ya qayıtmaq istəyir Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta İspaniya "Barselona"sına qayıtmaq niyyətindədir
Futbol
12 Noyabr , 2021 17:29
İnyesta Barselonaya qayıtmaq istəyir
Andres İnyesta

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta İspaniya "Barselona"sına qayıtmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə 37 yaşlı yarımmüdafiəçi "El Mat de Catalunya"ya açıqlamasında bildirib.

İspaniyalı oyunçu gələcəkdə nə olacağını bilmədiyini söyləyib: "Bir gün "Barselona"ya qayıtmaq istərdim. Amma hansı statusda olacağımı bilmirəm. Başqalarına kömək etmək üçün evimə qayıtmaq istəyirəm. Nəyə hazır ola biləcəyimi anlayıram. Məşqçi lisenziyası almaq istərdim. Lakin gələcəkdə bu sahədə olub-olmayacağımı deyə bilmərəm".

Qeyd edək ki, Andres İnyesta 2002 - 2018-ci illərdə "Barselona"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi