Andreas Giatru: "Qarabağ"a qalib gəlməsək, uğursuzluq sayılacaq"

Andreas Giatru: "Qarabağ"a qalib gəlməsək, uğursuzluq sayılacaq" "Qələbədən başqa hansısa nəticə bizim üçün müsbət olmayacaq. Evdə oynayırıq. "Qarabağ" və "Kayrat"a Kiprdə qalib gəlməsək, uğursuzluq sayılacaq".
Futbol
30 Sentyabr , 2021 11:16
Andreas Giatru: Qarabağa qalib gəlməsək, uğursuzluq sayılacaq

"Qələbədən başqa hansısa nəticə bizim üçün müsbət sayılmayacaq. Evdə oynayırıq".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin "Omoniya" klubunun sabiq futbolçusu Andreas Giatru "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl "Sport FM 104.0" nəşrinə açıqlamasında deyib.

O, Ağdam təmsilçisinə qarşı həlledici qarşılaşmalardan birinə çıxacaqlarını bildirib. "Ən azı qrup ikinci olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Həm bu komandaya, həm də Qazaxıstan "Kayrat"ına Kiprdə qalib gəlməsək, uğursuzluq olacaq. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik".

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi