Andrea Bartsalyi mövsümün sonunda karyerasını bitirəcək

Andrea Bartsalyi mövsümün sonunda karyerasını bitirəcək Turinin Yuventus klubunun müdafiəçisi Andrea Bartsalyi cari mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcəyini bəyan edib.
Futbol
14 Aprel , 2019 03:55
Andrea Bartsalyi mövsümün sonunda karyerasını bitirəcək

Turinin "Yuventus" klubunun müdafiəçisi Andrea Bartsalyi cari mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri yazıb.

"Karyeramı iyunda bitirəcəyəm. Bu barədə çox düşündüm. Futbolçular üçün gələcəyə baxmaq çox çətindir, lakin tez-tez zədə almağa başladıqda, bununla məşğul olmalı olursan. Futbol çox dəyişib və indi çoxlu gənc futbolçular yetişib, eləcə də "Yuventus"da. Onlara həmişə hazır olmağı və daha təcrübəli insanları dinləməyi məsləhət görürəm", - deyə nəşr onun sözlərini sitat gətirib.

37 yaşlı Bartsalyi karyerasına 1998-ci ildə başlayıb. O, bu müddət ərzində "Askoli", "Kyevo", "Palermo" və "Volfsburq" klublarında oynamağa macal tapıb, 2011-ci ildə isə "Yuventus"a keçib və onunla yeddi dəfə ardıcıl A Seriyasının qalibi olub. Müdafiəçi 2004-2017-ci illərdə İtaliya yığmasına çağrılıb, 2006-cı ildə isə Dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi