Andre Silva: "Azərbaycanla oyunda qələbə qazanmaq vacib idi"

Andre Silva: "Azərbaycanla oyunda qələbə qazanmaq vacib idi" "Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır".
Futbol
7 Sentyabr , 2021 22:50
Andre Silva: Azərbaycanla oyunda qələbə qazanmaq vacib idi
Andre Silva

"Qarşılaşma bütün komanda və mənim üçün yaxşı keçdi. Qol vurmaq isə həmişə yaxşıdır".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Andre Silva səfərdə Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

Görüşdə ikinci qola imza atan 26 yaşlı hücumçu ilk dəqiqələrdən sonadək yaxşı oynadıqlarını bildirib: "Start heyətdə kimlərin yer alacağı dəqiq deyil. Mən və komanda yoldaşlarım əlimizdən gələni edirik. Rəqiblərimiz çətindir və bütün görüşlər bizim üçün finala bərabərdir. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıda daha 3 oyunumuz qalıb".

Son xəbərlər

Orphus sistemi