"Anderlext" komandasına azarkeşlərinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib

"Anderlext" komandasına azarkeşlərinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib Belçika Futbol Assosiasiyası Anderlext komandasına texniki məğlubiyyət verib.
Futbol
1 May , 2019 12:12
Anderlext komandasına azarkeşlərinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib

Belçika Futbol Assosiasiyası "Anderlext" komandasına texniki məğlubiyyət verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Brüssel təmsilçisi çempionatın pley-off mərhələsinin 4-cü turunda "Standard"la matçda azarkeşlərinə görə cəza ilə üzləşib.

Qarşılaşmada "Anderlext"in fanatları mütəmadi olaraq pirotexniki vasitələrdən istifadə edib və birinci hissədə meydana fişənglər atıb. Nəticədə görüş 32-ci dəqiqədə "Standard" hesabda 2:0 öndə olarkən dayandırılıb və daha sonra oyun ləğv olunub. Kollektivə 0:5 hesablı texniki məğlubiyyətlə yanaşı, növbəti ev matçını boş tribunalar önündə keçirmə cəzası da verilib.

Qeyd edək ki, hazırda "Anderlext" Belçika çempionatında 27 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi