Ançelotti "Lester"də işləməkdən imtina edib

Ançelotti "Lester"də işləməkdən imtina edib Klubun baş məşqçi postuna Klod Püel namizəddir
Futbol
21 Oktyabr , 2017 07:18
Ançelotti Lesterdə işləməkdən imtina edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Lester Siti" klubunun rəhbərliyi Kreyq Şeksprin istefasından sonra baş məşqçi postuna yeni mütəxəssis axtarışı ilə məşğuldur.

“Report” xəbər verir ki, bu posta namizədlərdən biri cari ilin may ayından "Sauthempton"dan istefaya göndərilən fransalı məşqçi Klod Püeldir.

Tərəflərin yaxın vaxtlarda müvafiq danışıqlar aparacaqları gözlənilir.

"The Telegraph" nəşri yazır ki, klub rəhbərliyi "Bavariya"dakı işini itirən italiyalı mütəxəssis Karlo Ançelotti ilə əlaqə saxlayıb, lakin o, "Lester Siti"nin məşqçilər qərargahına rəhbərlikdən imtina edib.

Son xəbərlər

Orphus sistemi