Timoşuk Ukrayna futbolu tarixindən rəsmən silinib

Timoşuk Ukrayna futbolu tarixindən rəsmən silinib Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşuk ölkənin futbol tarixindən rəsmən silinib.
Futbol
292
11 Mart , 2022 16:20
Timoşuk Ukrayna futbolu tarixindən rəsmən silinib

Ukrayna milli komandasının sabiq futbolçusu Anatoli Timoşuk ölkənin futbol tarixindən rəsmən silinib.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) Etika və Ədalətli Oyunlar Komitəsi qərar qəbul edib.

Hazırda Rusiya "Zenit"ində məşqçi kimi çalışan Timoşuk UAF Lisenziyalaşdırma Mərkəzinin verdiyi Pro lisenziyasından məhrum edilib.

43 yaşlı mütəxəssisin bütün dövlət mükafatlarından və fəxri adlarından məhrum edilməsi üçün dövlət orqanlarına müraciət olunacaq. O, Ukrayna çempionatının, ölkə kubokunun və Ukrayna Super Kubokunun qalibi kimi bütün titullardan da məhrum olub. Veteran oyunçu həmçinin milli komandanın oyunçularının rəsmi reyestrindən çıxarılıb. Timoşukun Ukrayna ərazisində futbol fəaliyyəti ilə məşğul olması qadağan edilib.

Qeyd edək ki, UAF daha əvvəl Anatoli Timoşukun Etika və Ədalətli Oyun Kodeksini pozduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi