Anatoli Nuriyevin komandası "Şaxtyor"la oyuna çıxmaqdan imtina etdi

Anatoli Nuriyevin komandası "Şaxtyor"la oyuna çıxmaqdan imtina etdi Buna səbəb qarşılaşmanın danışılmış olma ehtimalıdır
Futbol
156
6 May , 2021 19:44
Anatoli Nuriyevin komandası Şaxtyorla oyuna çıxmaqdan imtina etdi
Anatoli Nuriyev

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin oynadığı Ukraynanın "Minay" klubu Premyer Liqanın XXV turunun Donetsk "Şaxtyor"u ilə səfər matçına çıxmaqdan imtina edib.

"Report" "UA-Football" nəşrinə istinadən xəbər verir ki, buna səbəb qarşılaşmanın danışılmış olma ehtimalıdır.

Son bir neçə saatda qonaqların qələbə əmsalı 27-dən 44-ə yüksəlib. Həmçinin görüşdə 4 və daha çox qolun vurulacağına külli miqdarda pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları artıq bu oyun üçün mərc qəbul etmirlər.

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürməli idi. Hazırda "Şaxtyor" 48 xalla 2-ci, "Minay" isə 18 xalla sonuncudur. Ujqorod təmsilçisi bu matçda xal itirəcəyi təqdirdə Premyer Liqa ilə vidalaşacaq.

Son xəbərlər

Orphus sistemi