Anatoli Demyanenko "Neftçi"də işləyən zaman mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub

Anatoli Demyanenko "Neftçi"də işləyən zaman mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub ​Anatoli Demyanenko "Neftçi"də ikən mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub
Futbol
6 Yanvar , 2020 16:30
Anatoli Demyanenko Neftçidə işləyən zaman mübarizədən kənarlaşdırdığı komandaya baş məşqçi təyin olunub

"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko Slovakiyanın "Nitra" komandasının sükanı arxasına keçib.

"Report"un məlumatına görə, ukraynalı mütəxəssisə slovakiyalı Miroslav Nemets və Miroslav Köniq kömək edəcək. Onların qarşısına komandanı Superliqada saxlamaq vəzifəsi qoyulub. 18 turdan sonra "Nitra" sondan əvvəlki - 11-ci yeri tutur.

Qeyd edək ki, Anatoli Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışıb. Məhz onun rəhbərliyi dövründə flaqman UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:3, 2:0. Demyanenko 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi. 

Son xəbərlər

Orphus sistemi