Ronaldinyo: "Anam koronavirusa görə Braziliyada çətin vəziyyətdədir"

Ronaldinyo: "Anam koronavirusa görə Braziliyada çətin vəziyyətdədir" Paraqvaya girərkən sənədlərin saxta olduğunu görəndə çox təəccübləndik.
Futbol
150
27 Aprel , 2020 15:04
Ronaldinyo: Anam koronavirusa görə Braziliyada çətin vəziyyətdədir

"Paraqvaya girərkən sənədlərin saxta olduğunu görəndə çox təəccübləndik".

"Report" ABC TV-yə istinadən xəbər verir ki, bunu ev dustaqlığında olan Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futboluçusu Ronaldinyo deyib.

40 yaşlı yarımmüdafiəçi qardaşı ilə birlikdə məhkəmə və dövlət qurumları ilə işbirliyi əsasında vəziyyəti sabitləşdirmək istədiklərini bildirib: "Hadisələrin buraya qədər gələcəyini fikirləşmirdim. Bu işlərin bitməsi üçün hər zaman dua edirəm. Bilirəm ki, tanrı da belə istəyir".

Ronaldinyo deyib ki, həyatında hər zaman peşəkar olmaq və insanları xoşbəxt etmək istəyib: "Buradan çıxanda ilk edəcəyim şey anamı qucaqlamaq olacaq. Anam Braziliyada koronavirus səbəbindən çox çətin durumdadır".

Qeyd edək ki, Ronaldinyo qardaşı Roberto de Assis Moreyra ilə birgə Paraqvaya saxta pasportla girmək istəyərkən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi