“Yaxın zamanlarda yeni bazanın layihəsini ictimaiyyətə təqdim edəcəyik”
Bu sözləri “Report”a müsahibəsində Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov minifutbol üzrə milli komanda üçün tikiləcək baza haqqında danışarkən deyib.
Federasiya rəhbəri bildirib ki, tikinti üçün nəzərdə tutulan ərazi paytaxtın Nərimanov rayonunda yerləşir: “Gənclər və İdman Nazirliyinin yaxınlığında, özəl şirkətə aid olan ərazidə tikinti nəzərdə tutulub. Artıq icarə müqaviləsi bağlanıb. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müəyyən sənəd toplama işləri gedir. Hesab edirəm ki, bu proses bitdikdən sonra layihənin özünü də mətbuata geniş şəkildə göstərə bilərik”.
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.