Amerika Kubokunun qalibi bəlli oldu

Amerika Kubokunun qalibi bəlli oldu Bu gecə futbol üzrə Amerika Kubokunun (Copa Amerika) qalibi müəyyənləşib.
Futbol
11 İyul , 2021 06:25
Amerika Kubokunun qalibi bəlli oldu

Futbol üzrə Amerika Kubokunun (Copa Amerika) qalibi müəyyənləşib.

"Report" xəbər verir ki, Rio-de-Janeyrodakı "Marakana - Mario Filyo" stadionunda təşkil olunmuş qarşılaşmada əzəli və əbədi rəqiblər Braziliya ilə Argentina qarşılaşıb.

Argentina turnirin ev sahibi olan Braziliyaya qalib gəlib. Oyunda yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub. 15 dəfə bu yarışın qalibi olan Argentina isə çempionluğu qazanamaqla Uruqvayın rekorduna şərik olub.

Beləliklə, kapitan Lionel Messi Argentina millisində ilk kubokunu qazanıb. Daha əvvəl Messinin yığmadakı.ən böyük uğuru 2014-cü il dünya çempionatında gümüş medal olub. O, habelə Amerika Kubokunda 3 dəfə (2007, 2015, 2016) gümüş, 1 dəfə (2019) bürünc medala yiyələnib. Hazırkı Amerika Kubokunda 34 yaşlı hücumçu 7 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İndiyədək tərəflər arasında keçirilən 121 matçın 49-da Braziliya, 46-da Argentina qələbə qazanıb. Sırf Amerika Kubokundakı duellərdə isə qələbə sayında Argentina prinsipial rəqibini qabaqlayır - 16-10.

Son xəbərlər

Orphus sistemi