​Amerika Kubokunun finalçıları müəyyənləşib

​Amerika Kubokunun finalçıları müəyyənləşib Finalda Çili və Argentina yığmaları qaşrılaşacaq
Futbol
1 İyul , 2015 13:39
​Amerika Kubokunun finalçıları müəyyənləşib

Bakı. 1 iyul. REPORT.AZ/ Cənubi Amerikada keçirilən Amerika Kubokunun finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, Perunu məğlub edən Çili (2:1) və Paraqvay üzərində darmadağınla qələbə qazanan Argentina (6:1) kubok uğrunda mübarizə aparacaq.

Final görüşü iyulun 5-də keçiriləcək. Matç Bakı vaxtilə saat 01:00-da start götürəcək.

Qeyd edək ki, Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunan turnirin qalibi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək hüququ qazanacaq.

Son xəbərlər

Orphus sistemi