Amerika Kuboku: Uruqvay Ekvadoru darmadağın edib

Amerika Kuboku: Uruqvay Ekvadoru darmadağın edib Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin birinci turunda C qrupunda Uruqvay millisi Ekvadorla qarşılaşıb.
Futbol
17 İyun , 2019 05:18
Amerika Kuboku: Uruqvay Ekvadoru darmadağın edib

Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin birinci turunda "C" qrupunda Uruqvay millisi Ekvadorla qarşılaşıb.

"Report" xəbər verir ki, Belu-Orizonti şəhərinin "Mineyrao — Qubernator Maqalyans Pintu" stadionunda keçirilən görüş 4:0 hesabı ilə uruqvaylıların xeyrinə başa çatıb.

Qolları ardıcıl olaraq Nikolas Lodeyro, Edinson Kavani və Luis Suares vurub, həmçinin ekvadorlu Arturo Mina avtoqola imza atıb.

Matçın 23-cü dəqiqəsində baş hakim Ekvador yığmasının yarımmüdafiəçisi Xose Kinterosa qırmızı vərəqə göstərib.

Amerika Kuboku

Uruqvay – Ekvador - 4:0

Qollar: 1:0 – Lodeyro – 6, 2:0 – Kavani – 33, 3:0 – Suares – 44, 4:0 – Mina – 78 (avtoqol)

Qırmızı vərəqə: yoxdur – Kinteros, 23

Son xəbərlər

Orphus sistemi