​Amerika Kuboku: Kolumbiya və Çili arasında yarımfinal oyunu yarımçıq dayandırılıb - VİDEO

​Amerika Kuboku: Kolumbiya və Çili arasında yarımfinal oyunu yarımçıq dayandırılıb - VİDEO Tamaşaçılardan stadionu tərk etmək xahiş olunub
Futbol
23 İyun , 2016 05:46
​Amerika Kuboku: Kolumbiya və Çili arasında yarımfinal oyunu yarımçıq dayandırılıb - VİDEO

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Amerika Kubokunun Kolumbiya və Çili komandaları arasında keçirilən yarımfinal oyununun ikinci hissəsi əlverişsiz hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Amerikanın ESPN portalı məlumat yayıb.

Tamaşaçılardan yaxınlaşmaqda olan tufan səbəbindən tribunaları tərk etmək xahiş olunub.

Görüş Çikaqoda keçirilir. Birinci hissədən sonra çilililər 2:0 hesabı ilə öndədirlər. Oyunda Çarles Aranqis (7-ci dəqiqə) və Xose Fuensalida (11) fərqlənib.

Matçın qalibi iyunun 27-də Argentina ilə finalda qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi