Futbol üzrə Amerika Kuboku Braziliyada keçiriləcək

Futbol üzrə Amerika Kuboku Braziliyada keçiriləcək Braziliya hakimiyyəti futbol üzrə Amerika Kubokunun ölkə ərazisində keçirilməsində maneələr görmür.
Futbol
2 İyun , 2021 05:14
Futbol üzrə Amerika Kuboku Braziliyada keçiriləcək

Braziliya hakimiyyəti futbol üzrə Amerika Kubokunun ölkə ərazisində keçirilməsində maneələr görmür.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının prezidenti Jair Bolsonaru bildirib.

O, qeyd edib ki, oyunların keçirilməsi üçün beş şəhərdən dördü artıq müəyyən olunub.

"Biz təbii ki, qubernatorlarla birlikdə, (oyunların-red) keçirilmə yerlərini seçdik. İndi artıq dörd qubernator - Brazilia (Federal dairə - red), Rio-de-Janeyro, Matu-Qrosu-du-Sul və Qoyas (matçları qəbul etməyə razılaşdılar). Daha biri var, o bir az gecikdi, amma Amerika Kubokunu qəbul etməyə razılığını ifadə etdi. Hər şey onu göstərir ki, Braziliya bütün protokollara riayət etməklə Amerika Kubokunu qəbul edəcək", - dövlət başçısı deyib.

Qeyd edək ki, daha əvvəl Kolumbiya 2021-ci ildə futbol üzrə Amerika Kuboku matçlarının keçirilməsi hüququndan məhrum olunub. Cənubi Amerika Futbol Konfederasiyasının belə qərarının səbəbi ABŞ Dövlət Departamentinin hesabatı olub. Hesabatda siyasi qarışıqlıqlar və epidemiologiya mənzərəsinə görə Kolumbiyaya səyahətlərin təhlükəsizliyi şübhə altına alınıb.

Eyni zamanda Argentina da Amerika Kubokunun keçirilməsi hüququndan məhrum olunub. Bu barədə qərarı isə Cənubi Amerikanın Futbol Konfederasiyası (CONMEBOL) qəbul edib. Qərar barədə informasiya təşkilatın mətbuat xidmətinin tvitterdəki səhifəsində yayılıb. Mayın 29-da Argentinanın səhiyyə naziri Karla Vissotti bildirib ki, Amerika Kubokunun keçirilməsi haqqında məsələ hələ həll edilməyib, Səhiyyə Nazirliyi müvafiq protokolların hazırlığı üzrə işini davam etdirir.

Amerika Kuboku 2020-ci ildə keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə, ötən ilin martında yarışın 2021-ci ilin yayında təşkili barədə qərar verilib. Yarışı Argentina və Kolumbiya 13 iyun-10 iyulda təşkil etməli idi.

Son xəbərlər

Orphus sistemi