Amerika kuboku: Argentina yığması Uruqvaya qalib gəldi

Amerika kuboku: Argentina yığması Uruqvaya qalib gəldi Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turunun Argentina və Uruqvay yığmaları arasında matçı keçirilib.
Futbol
19 İyun , 2021 08:04
Amerika kuboku: Argentina yığması Uruqvaya qalib gəldi
Lionel Messi

Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turunun Argentina və Uruqvay yığmaları arasında matçı keçirilib.

“Report” xəbər verir ki, görüş Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalıların qələbə qolunu 27 yaşlı yarımmüdafiəçi Qvido Rodriqes 13-cü dəqiqədə vurub. O, hücumçu Lionel Messinin ötürməsini uğurla başa çatdırıb

Beləliklə, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdur.

Son xəbərlər

Orphus sistemi