Amerika Kuboku: Açılış matçı öncəsi kütləvi yoluxma

Amerika Kuboku: Açılış matçı öncəsi kütləvi yoluxma Amerika Kubokunun açılış matçında Braziliya ilə qarşılaşacaq Venesuela millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Futbol
12 İyun , 2021 10:29
Amerika Kuboku: Açılış matçı öncəsi kütləvi yoluxma

Amerika Kubokunun açılış matçında Braziliya ilə qarşılaşacaq Venesuela millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə jurnalist Renato Souza özünün "tvitter" səhifəsində yazıb. Onun sözlərinə görə, yığmanın 7 nümayəndəsində COVID-19 testinin nəticəsi müsbət çıxıb.

İnfeksiyaya yoluxan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar.

Qeyd edək ki, qarşılaşma iyununda 14-də oynanılmalıdır. Turnir Braziliyada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi