Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb

Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb Ceyms Hardi bir neçə həftə əvvəl itkin düşüb
Futbol
9 İyun , 2017 00:43
Amerika futbolunun tanınmış siması çayda ölü tapılıb

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ polisi Milli Futbol Liqasının oyunçusu Ceyms Hardinin ölümünün səbəblərini araşdırır.

"Report" xəbər verir ki, bu barədə "Rolling Stone" nəşri məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, idmançının meyiti İndiana ştatının Fort-Ueyn şəhərindən keçən Momi çayından tapılıb. Qeyd olunur ki, sabiq futbolçu bir neçə həftə əvvəl itkin düşüb.

O, "Baltimor Reyvens", "Nyu-İnqlend Petriots" və İndiana Universiteti komandalarında çıxışları ilə məşhurdur.

Son xəbərlər

Orphus sistemi