Almeyda: "Nə qədər ki, mənə ehtiyac var, millinin yanında olacağam"

Almeyda: "Nə qədər ki, mənə ehtiyac var, millinin yanında olacağam" “Fiorentina” haqqında isə eşitməmişəm"
Futbol
21 May , 2018 23:13
Almeyda: Nə qədər ki, mənə ehtiyac var, millinin yanında olacağam

Bakı. 21 may. REPORT.AZ/ “Qarabağ”ın və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Riçard Almeyda “Qəbələ” ilə oyundan sonra (1:0) "Report"un da suallarını cavablandırıb.

“Qarabağ”la son matçınız idi...

- Təkcə futbolda yox, həyatda da belədir. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.

“Fiorentina” və digər klubların adı çəkilir. Dəqiqləşən bir şey var?

- Yox, hələ dəqiq qərar verməmişəm. “Fiorentina” haqqında isə eşitməmişəm.

Bəs hansı ölkələrdən təkliflər var?

- Müqavilə imzalananda hamı biləcək.

Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya gələcəksinizmi yenə?

- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacağam. Mənim üçün şərəfdir.

Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?

- Təbii ki, hisslərimiz qarşılıqlıdır. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burada yad hiss etmir.

Gedişinizdə həlledici məqam nə oldu?

- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən qərara gəldik ki, dəyişiklik edək.

Reynaldo “Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı, bundan ehtiyatlanmırsınız?

- Bu məsələ futbolçunun özündən asılıdır.

Son xəbərlər

Orphus sistemi