Avropa Liqası: Riçard Almeyda ən dəqiq ötürmə verən futbolçuların siyahısında "5-liy"ə düşüb

Avropa Liqası: Riçard Almeyda ən dəqiq ötürmə verən futbolçuların siyahısında "5-liy"ə düşüb UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Futbol
25 Oktyabr , 2019 13:22
Avropa Liqası: Riçard Almeyda ən dəqiq ötürmə verən futbolçuların siyahısında 5-liyə düşüb

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report"un məlumatına görə, ilk üç turda müxtəlif göstəricilərdə fərqlənən futbolçuların siyahısında "Qarabağ"ın da üzvü var.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda dəqiq ötürmə edən oyunçuların siyahısında 5-ci olub. Braziliyalı yarımmüdafiəçinin 246 ötürməsindən 219-u dəqiq alınıb. Almeyda 89 faiz dəqiqliklə çıxış edib. İlk pillədə isə İspaniya "Sevilya"sının müdafiəçisi Jül Kunde qərarlaşıb. Fransalı oyunçunun 303 ötürməsindən 295-i dəqiq olub.

Avropa Liqasında üç turdan sonra ən çox qol vuran komanda "Arsenal"dır. İngiltərə təmsilçisi üç oyunda 10 dəfə fərqlənib.

Ən çox qol vuran oyunçu isə Slovakiyanın "Slovan" (Bratislava) komandasından Andraz Sporardır. Sloveniyalı hücumçu 4 dəfə rəqib qapılarına yol tapa bilib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kipr APOEL-i ilə heç-heçə edib - 2:2. 

Son xəbərlər

Orphus sistemi