Almaniyalı qapıçı "Beşiktaş"dan ayrıldı

Almaniyalı qapıçı "Beşiktaş"dan ayrıldı Qapıçı Loris Karius Türkiyənin Beşiktaş klubu ilə yollarını ayırıb.
Futbol
4 May , 2020 15:37
Almaniyalı qapıçı Beşiktaşdan ayrıldı

Qapıçı Loris Karius Türkiyənin "Beşiktaş" klubu ilə yollarını ayırıb.

"Report" "A Spor"a istinadən xəbər verir ki, almaniyalı qapıçı "qara qartallar"la müqaviləsinə birtərəfli şəkildə xitam verib.

27 yaşlı qolkiper klubdan oynamadığı ayların məvacibini tələb etdiyi üçün rəhbərlik onunla vidalaşmağa qərar verib.

Qeyd edək ki, Loris Karius 2018-ci ilin yayında "Liverpul"dan icarə əsasında "Beşiktaş"a keçib.

Son xəbərlər

Orphus sistemi