Almaniyalı nazir FİFA-nın yenilənməsini təklif edir

Almaniyalı nazir FİFA-nın yenilənməsini təklif edir Ştaynmayer hesab edir ki, futbol bütünlükdə “sarsıdıcı məğlubiyyət” yaşayıb
Futbol
31 May , 2015 18:37
Almaniyalı nazir FİFA-nın yenilənməsini təklif edir

Bakı. 31 May. REPORT.AZ/ Almaniya xarici işlər naziri Frank-Walter Ştaynmayer Beynəlxalq Futbol Federasiyasını (FİFA) köklü şəkildə yenilənməyə çağırıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Ştaynmayer deyib ki, oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq “federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb”.

FİFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Almaniyalı nazir hesab edir ki, futbol bütünlükdə “sarsıdıcı məğlubiyyət” yaşayıb.

Qeyd edək ki, FİFA-daki korrupsiya qalmaqalında 14 nəfərin adı keçir. Mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksəkvəzifəli məmuru həbs olunub. Bundan başqa, FİFA-nın keçmiş vitse-prezidentinə və Çənubi Amerika futbolu üzrə Konfederasiya prezidentinə qarşı ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi