Almaniyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi ola bilər

Almaniyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi ola bilər Futbol üzrə Türkiyə millisində baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb.
Futbol
14 Sentyabr , 2021 09:50
Almaniyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi ola bilər

Futbol üzrə Türkiyə millisində baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb.

"Report" "Sabah" nəşrinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) almaniyalı Ştefan Kuntsla anlaşıb.

59 yaşlı mütəxəssislə danışıqları TFF İcraiyyə Komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop aparır. İlkin razılığın əldə edilməsinə baxmayaraq, son qərarı TFF prezidenti Nihat Özdemir verəcək.

Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş sentyabrın 10-da istefaya göndərilib. Daha əvvəl TFF-nin "Başakşehir"in sabiq baş məşqçisi Okan Burukla da anlaşdığı irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi