Çempionlar Liqası: Komandası "pley-off"a vəsiqə qazanan ən gənc baş məşqçi 32 yaşındadır

Çempionlar Liqası: Komandası "pley-off"a vəsiqə qazanan ən gənc baş məşqçi 32 yaşındadır Almaniyanın Leyptsiq komandasına rəhbərlik edən Yulian Nagelsman UEFA Çempionlar Liqasının tarixində pley-off mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçidir.
Futbol
28 Noyabr , 2019 11:17
Çempionlar Liqası: Komandası pley-offa vəsiqə qazanan ən gənc baş məşqçi 32 yaşındadır

Almaniyanın "Leyptsiq" komandasına rəhbərlik edən Yulian Nagelsman UEFA Çempionlar Liqasının tarixində "pley-off" mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçidir.

"Report" xəbər verir ki, almaniyalı mütəxəssis buna 32 yaş 4 ay 4 günündə nail olub. Komanda Portuqaliya "Benfika"sı ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, məğlubiyyətdən qaçıb - 2:2.

Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Rusiya "Zenit"i və Fransa "Lion"unun 7, "Benfika"nın isə 4 xalı var.

Qeyd edək ki, Yulian Nagelsman"Leyptsiq"ə bu ilin yayından rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi