Almaniyalı azarkeş DÇ-2018 üçün Rusiyaya traktorla gəlir - VİDEO

Almaniyalı azarkeş DÇ-2018 üçün Rusiyaya traktorla gəlir - VİDEO Bakı. 6 iyun. REPORT.AZ/ Almaniyalı futbol azarkeşi 2018-ci il dünya çempionatı üçün Rusiyaya traktorla gəlir.
Futbol
6 İyun , 2018 15:01
Almaniyalı azarkeş DÇ-2018 üçün Rusiyaya traktorla gəlir - VİDEO
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Almaniyalı futbol azarkeşi 2018-ci il dünya çempionatı üçün Rusiyaya traktorla gəlir. 

“Report” xəbər verir ki, şahidlərin 70 yaş verdiyi fanat Belarus ərazisində görünüb. O, təkərli evin qoşulduğu qeyri-adi nəqliyyat vəsitəsi ilə Moskvaya hərəkət edirmiş. 

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Almaniya millisi iyunun 17-də Moskvada Meksika, iyunun 23-də Soçidə İsveç, iyunun 27-də isə Kazanda Cənubi Koreya yığması ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi