Almaniyada hakimə tüpürən futbolçuya ağır cəza verilib

Almaniyada hakimə tüpürən futbolçuya ağır cəza verilib Almaniya Futbol İttifaqı "Ertsgebirge" klubunun futbolçusu Klemens Fandrixi sərt cəzalandırıb.
Futbol
263
8 Noyabr , 2021 19:00
Almaniyada hakimə tüpürən futbolçuya ağır cəza verilib

Almaniya Futbol İttifaqı "Ertsgebirge" klubunun futbolçusu Klemens Fandrixi sərt cəzalandırıb.

"Report"un məlumatına görə, buna 30 yaşlı hücumameylli yarımmüdafiəçinin "İnqolştatd"a 1:0 hesabı ilə qalib gəldikləri II Bundesliqanın 11-ci tur matçında yan xətt hakiminə tüpürməsi səbəb olub. Nəticədə təcrübəli oyunçu 7 ay müddətinə futboldan diskvalifikasiya edilib.

Bu, Almaniya futbolu tarixində ən ağır 2-ci cəza hesab olunur. Daha əvvəl 2012-ci ildə "Herta"nın sabiq futbolçusu Levan Kobiaşvili "Fortuna" ilə pley-off qarşılaşmasından sonra referiyə yumruqla zərbə endirdiyi üçün 7,5 aylıq cəzalanmışdı.

Qeyd edək ki, "Ertsgebirge" klubunda Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Dmitri Nazarov da çıxış edir.

Son xəbərlər

Orphus sistemi