Almaniya yığmasının hücumçusu Andre Şürrle Bakıdan klubuna zədəli qayıdıb

Almaniya yığmasının hücumçusu Andre Şürrle Bakıdan klubuna zədəli qayıdıb Azərbaycan millisi ilə oyunda "dubl" etmiş futbolçu Rur derbisini buraxmalı olacaq
Futbol
31 Mart , 2017 20:08
Almaniya yığmasının hücumçusu Andre Şürrle Bakıdan klubuna zədəli qayıdıb

Bakı. 31 mart. REPORT.AZ/ Dortmund "Borussiya"sının futbolçusu Andre Şürrle Almaniya milli komandasının düşərgəsindən klubuna zədəli halda qayıdıb.

"Report"un məlumatına görə, bu haqda "Borussiya"nın baş məşqçisi Tomas Tuxel açıqlama verib. O bildirib ki, 27 yaşlı hücumçu Bakıda Azərbaycan yığması ilə oyun zamanı axill vətərindən xoşagəlməz zərbə alıb. Tuxel Şürrlenin aprelin 1-də "Şalke" ilə Rur derbisində iştirak etməyəcəyini vurğulayıb.

Bunadək Marko Röys və Mario Götse zədə səbəbindən Azərbaycan yığması ilə oyunu buraxıblar. Onlar derbiyə də yollanmayacaqlar. Zədəlilər sırasına məşqdə xəsarət alan Erik Durm da qoşulub.

Qeyd edək ki, Andre Şürrle Azərbaycan yığması ilə oyunda 19-cu və 81-ci dəqiqələrdə fərqlənərək, komandasının 4:1 hesablı qələbəsində böyük pay sahibi olub. 

Son xəbərlər

Orphus sistemi