Almaniya yığmasının DÇ 2018-in seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub - VİDEO

Almaniya yığmasının DÇ 2018-in seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub - VİDEO Bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib
Futbol
26 Mart , 2017 20:53
Almaniya yığmasının DÇ 2018-in seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub - VİDEO
Courtesy İmage

Bakı. 26 mart. REPORT.AZ/ Almaniya milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub.

"Report"un məlumatına görə, bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib. 

31-ci dəqiqədə Almaniyanın II Bundesliqasının "Aue" klubunda çıxış edən Dmitri Nazarov Bundestimin qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Almaniya millisi bu oyunadək 648 dəqiqədir qapısında qol görmürdü. Nazarovun qolu Bundestimi 679-cu dəqiqədə haqlayıb.

Son xəbərlər

Orphus sistemi