Almaniya və İngiltərədə azarkeşlər oyunların bazar ertəsi keçirilməsinə etiraz ediblər - FOTO

Almaniya və İngiltərədə azarkeşlər oyunların bazar ertəsi keçirilməsinə etiraz ediblər - FOTO
Futbol
20845
19 Fevral , 2019 09:42
Almaniya və İngiltərədə azarkeşlər oyunların bazar ertəsi keçirilməsinə etiraz ediblər - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ İngiltərə və Almaniyada futbol oyunlarının bazar ertəsi keçirilməsinə qarşı etiraz aksiyaları keçirilib.

"Report"un məlumatına görə, ilk belə hal Bundesliqada XXII turun "Nürnberq" - "Borussiya" (Dortmund) matçında baş verib. Qolsuz yekunlaşmış görüşdən əvvəl azarkeşlər orta barmağın təsviri olan bannerlər açıblar. Onların hədəfi Almaniya Futbol İttifaqı olub. Bundan başqa, ilk yarıda fanatlar meydana qara rəngli tennis topları atıblar.

"Mançester Yunayted" tərəfdarları isə İngiltərə Futbol Assosiasiyasından (FA) narazılıqlarını ölkə kubokunun 1/8 finalında səfərdə "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyun zamanı çatdırıblar. Londona gəlmiş fanatlar "İngiltərə Kuboku cadugərliyi? FA bazar ertəsinin oyunlarını televiziyaya satıb" bannerini asıblar.