Almaniya klubunun futbolçusu 600 min avroluq avtomobili ilə qəza törədib

Almaniya klubunun futbolçusu 600 min avroluq avtomobili ilə qəza törədib Maks Mayerin "Lamborghini"sinin təmiri 400 min avroya başa gələcək
Futbol
19 Yanvar , 2016 16:18
Almaniya klubunun futbolçusu 600 min avroluq avtomobili ilə qəza törədib

Bakı. 19 yanvar. REPORT.AZ/ Almaniyanın "Şalke" klubunun futbolçusu Maks Mayer yol-nəqliyyat qəzasının səbəbkarı olub. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, hadisə ABŞ-ın Mayami şəhərində Yeni il məzuniyyəti vaxtı baş verib. 

600 min avroluq "Lamborghini" avtomobilinin sükanı arxasında olan 20 yaşlı yarımmüdafiəçi yağışlı yolda idarəetməyə nəzarəti itirib. Nəticədə maşın əvvəlcə yol kənarındakı səddə, ardından digər avtomobilə çırpılıb. 

Qəzada heç kim xəsarət almasa da, avtomobilin təmiri 400 min avroya başa gələcək. Lakin futbolçu cəmi 2 min avro vergi ödəyəcək. Çünki zərəri sığorta qarşılayacaq. Mayer polisə 30 avro cərimə də verəcək. 

Qeyd edək ki, qəzaya düşən avtomobilin salonunda Maks Mayerin komanda yoldaşları Leroy Sane və Tilo Kexrer də olub.

Son xəbərlər

Orphus sistemi