Almaniya millisinin futbolçusu koronavirusa yoluxub

Almaniya millisinin futbolçusu koronavirusa yoluxub Onunla birlikdə Bundestimin daha 4 oyunçusu karantinə alınıb
Futbol
9 noyabr 2021 11:35
Almaniya millisinin futbolçusu koronavirusa yoluxub

"Bavariya" klubunun futbolçusu Niklas Züle koronavirusa yoluxub.

"Report"un "Bild"ə istinadən məlumatına görə, 26 yaşlı müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVID-19 testinin nəticəsi müsbət çıxıb.

Onunla birlikdə Bundestimin daha 4 oyunçusu karantinə alınıb. Bütün qalan futbolçular və məşqçilər heyəti qarşıdakı görüşlərə hazırlıqlarını davam etdirəcəklər.

Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi