Almaniya millisi Azərbaycan yığması ilə oyun ərəfəsində hücumçusunun xidmətindən məhrum olub

Almaniya millisi Azərbaycan yığması ilə oyun ərəfəsində hücumçusunun xidmətindən məhrum olub Timo Vernerin boyun onurğası və çənə sümüyündə problem aşkarlanıb
Futbol
615
2 Oktyabr , 2017 16:42
Almaniya millisi Azərbaycan yığması ilə oyun ərəfəsində hücumçusunun xidmətindən məhrum olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Almaniya milli komandasının futbolçusu Timo Verner Şimali İrlandiya və Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup oyunlarına hazırlaşan heyətdən kənarlaşdırılıb.

“Report” Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, “Leyptsiq” komandasının 21 yaşlı forvardının boyun onurğası və çənə sümüyündə problem aşkarlanıb. Baş məşqçi Yoahim Löv onun əvəzinə heç bir futbolçuya dəvət göndərmədiyindən, Bundestim Belfastda 22 oyunçu ilə yollanıb.

Daha əvvəl Manuel Noyer, Mario Qomes, Mesut Özil, Sami Xedira və Yonas Hektor da zədə səbəbi ilə yığmadan kənar düşüblər.

Qeyd edək ki, Timo Verner ötən həftə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Türkiyədə “Beşiktaş”la oyun zamanı problemlə üzləşib. Azarkeşlərin səsinə tab gətirə bilməyən forvard əvvəlcə qulaqlarına pambıq tıxasa da, daha sonra əvəzlənməyini istəyib və meydanı tərk edib. Almaniya oktyabrın 5-də səfərdə Şimali İrlandiya, oktyabrın 8-də isə evdə Azərbaycan yığmaları ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi