Almaniya milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib

Almaniya milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib Baş məşqçi Yoahim Löv heyətə 2 yeni futbolçu çağıracaq
Futbol
305
13 Mart , 2017 15:56
Almaniya milli komandasının Azərbaycan yığması ilə oyun üçün heyətinin açıqlanacağı tarix müəyyənləşib

Bakı. 13 mart. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının heyətinin açıqlanacağı tarix müəyyənləşib. "Report"un məlumatına görə, baş məşqçi Yoahim Löv yığmaya dəvət edəcəyi futbolçuların adlarını martın 17-də bildirəcək.

2017-ci ildə ilk dəfə açıqlanacaq heyətdə zədə səbəbindən Dortmund "Borussiya"sının hücumçuları - Marko Roysla Mario Götse və İngiltərənin "Mançester Siti" komandasından yarımmüdafiəçi İlkay Gündoğan yer almayacaqlar. "Bavariya"nın müdafiəçisi Jerom Boatenqin durumu isə sual altındadır. Onun yerinə isə "Leyptsiq"in hücumçusu Timo Verner və "Herta"nın müdafiəçisi Niklas Ştark ilk dəfə Almaniya yığmasının düşərgəsinə dəvət ala bilərlər.

Qeyd edək ki, martın 22-də Almaniyada İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirəcək Yoahim Lövün rəhbərlik etdiyi kollektiv martın 26-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.  

Son xəbərlər

Orphus sistemi