Almaniya məhkəməsi "Barselona"nın futbolçusunu cərimələyib

Almaniya məhkəməsi "Barselona"nın futbolçusunu cərimələyib Almaniya məhkəməsi İspaniyanın Barselona klubunun futbolçusu Usman Dembeleni 10 min avro məbləğində cərimələyib.
Futbol
9 aprel 2019 10:44
Almaniya məhkəməsi Barselonanın futbolçusunu cərimələyib

Almaniya məhkəməsi İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembeleni 10 min avro məbləğində cərimələyib.

"Report" "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Almaniyanın "Borussiya" (Dortmund) komandasından Kataloniya təmsilçisinə keçdikdən sonra icarədə qaldığı evi pis vəziyyətdə tərk edib.

Evin sahibi əvvəlcə oyunçudan 21 min avro təzminat tələb edib. Mülk sahibinin sözlərinə görə, Dembelenin evdə qalmasından sonra tualetin unitazı qırılıb və otaqlarda xoşagəlməz qoxu yaranıb. O, bildirib ki, hər otaqda və həyətdə zibillər də olub.

Qeyd edək ki, Usman Dembele "Borussiya"dan "Barselona"ya 2017-ci ilin yay transfer dövründə keçib

Son xəbərlər

Orphus sistemi