Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEO

Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEO Dünya çempionları Avstraliyanı məğlub ediblər
Futbol
19 İyun , 2017 21:49
Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEO
Foto:Gettyimages.ru

Bakı. 19 iyun. REPORT.AZ/ Futbol üzrə Almaniya yığması Konfederasiyalar Kuboku – 2017-nin qrup mərhələsinin I turunda Avstraliya üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Soçidə keçirilən görüş son dünya çempionlarının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Debüt matçında hesabı Lars Ştindl açıb. Oyunun 41-ci dəqiqəsində Tomas Roqiç cavab qolunu vurub, lakin üç dəqiqə sonra Yulian Draksler penaltidən Almaniyanı yenidən irəli çıxarıb.

İkinci hissənin əvvəlində Leon Qoretska üçüncü qolu Avstraliyanın qapısına vurub. 56-cı dəqiqədə Tomi Yuriç hesab arasında fərqi birə endirib.

Konfederasiyalar Kuboku. B qrupu. 1-ci tur

Avstraliya – Almaniya - 2:3

0:1 – Ştindl – 5, 1:1 – Roqiç – 41, 1:2 – Draksler – 44 (pen), 1:3 – Qoretska – 48, 2:3 – Yuriç – 56.

Son xəbərlər

Orphus sistemi