Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi

Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi Almaniyanın Şalke klubunun idarə heyətinin sədri Klemens Tennyes istefa verib.
Futbol
1 iyul 2020 06:01
Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi

Almaniyanın "Şalke" klubunun idarə heyətinin sədri Klemens Tennyes istefa verib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı funksioner öz istəyi ilə postundan ayrılıb. Klub yeni sədrin daha sonra açıqlanacağını bildirib. 

Qeyd edək ki, Klemens Tennyes 2001-ci ildən "Şalke"də klub rəhbəri olub. Almaniya mediasının yazdığına əsasən, komandanın azarkeşləri Bundesliqanın son turunda "Frayburq"a 0:4 hesablı məğlubiyyətdən sonra Tennyesi istefaya səsləyiblər. "Şalke" yanvardan bəri çempionatda qələbə qazana bilməyib. 

Son xəbərlər

Orphus sistemi