Almaniya klubunun idman direktoru: "Rüfət Dadaşov Regional Liqanın əsas hücumçusudur"

Almaniya klubunun idman direktoru: "Rüfət Dadaşov Regional Liqanın əsas hücumçusudur" Bakı. 6 aprel. REPORT.AZ/ “Proyssen Myunster” ənənəyə malik klubudur. Mənim üçün yaxın vaxtda burada oynamaq böyük şərəf olacaq”.
Futbol
6 Aprel , 2018 09:57
Almaniya klubunun idman direktoru: Rüfət Dadaşov Regional Liqanın əsas hücumçusudur

Bakı. 6 aprel. REPORT.AZ/ “Proyssen Myunster” ənənəyə malik klubudur. Mənim üçün yaxın vaxtda burada oynamaq böyük şərəf olacaq”.

“Report” xəbər verir ki, bunu Almaniyanın III liqasında çıxış edən “Proyssen Myunster”lə iki illik müqavilə bağlayan Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı hücumçu bildirib ki, baş məşqçi Marko Antverpen və idman direktoru Malte Metselderlə söhbətdən sonra klubunu dəyişməyə qərar verib. Hazırda Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan Berlin "Dinamo"sunda forma geyən forvard bunları söyləyib: “Mən mərkəz hücumçusuyam, amma “10 nömrə” kimi də oynaya bilirəm. İstənilən halda rəqibin cərimə meydançasında olmalıyam. O zaman üzərimə düşəni edəcəyəm”.

M.Metselder isə azərbaycanlı futbolçunun Regional Liqanın əsas hücumçusu olduğunu deyib: “Biz uzun müddətdir onu transfer etməyə çalışırıdıq. Rüfət bütün fikrini oyununa yönəldib və inkişaf etmək istəyir. Onu xeyli vaxtdır izləyirdik. Son turlardakı çıxışı bizdə böyük maraq oyatdı”.

Qeyd edək ki, Rüfət Dadaşov yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. O, hazırda "Dinamo"da 23 qolla Regional Liqanın bombardiridir. 

Son xəbərlər

Orphus sistemi