Almaniya klubu Xorvatiya millisinin müdafiəçisini icarəyə verib

Almaniya klubu Xorvatiya millisinin müdafiəçisini icarəyə verib Almaniyanın Bayer (Leverkuzen) klubu futbolçusu Tin Yedvayı icarəyə verib.
Futbol
20 Avqust , 2019 20:03
Almaniya klubu Xorvatiya millisinin müdafiəçisini icarəyə verib

Almaniyanın "Bayer" (Leverkuzen) klubu futbolçusu Tin Yedvayı icarəyə verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı xorvatiyalı müdafiəçi bir il ərzində "Auqsburq"da çıxış edəcək.

Qeyd edək ki, T. Yedvay 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır. O, Slovakiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin oyunları üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq. Müdafiəçi 2014-cü ildən Leverkuzen təmsilçisinin şərəfini qoruyur. 

Son xəbərlər

Orphus sistemi