Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

Almaniya Futbol İttifaqının prezidenti istefa verdi Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib
Futbol
134
17 May , 2021 14:28
Almaniya Futbol İttifaqının prezidenti istefa verdi
Frits Keller

Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.

"Report" DFB-in rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı funksioner aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqalın fonunda vəzifəsindən ayrılıb.

İclas zamanı Keller DFB vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib.

Keller vida açıqlamasında hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib. O, istefasını xoşagəlməz vəziyyətdən çıxış yolu adlandırıb.

Son xəbərlər

Orphus sistemi