"Borussiya"nın (Dortmund) hücumçusu Seru Qirassi Almaniya Bundesliqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
"Report" xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
O, ötən ay ölkə çempionatının 4 oyununda 5 qol vurub.
Qeyd edək ki, Qirassi "ən yaxşı" futbolçu nominasiyasında Camal Musiala ("Bavariya"), Paskal Qross ("Borussiya"), Kilian Sililla ("Frayburq"), Aleksis Klod-Mauris ("Auqsburq") və Tom Bişofu ("Hoffenhaym") geridə qoyub.