Alleqri, Totti və Zanetti Şöhrət Zalına daxil ediliblər

Alleqri, Totti və Zanetti Şöhrət Zalına daxil ediliblər İtaliyada futbol sektorunda fəaliyyət göstərənlər üçün nəzərdə tutulan Şöhrət Zalına yeni üzvlər qəbul olunub.
Futbol
21 May , 2019 11:51
Alleqri, Totti və Zanetti Şöhrət Zalına daxil ediliblər

İtaliyada futbol sektorunda fəaliyyət göstərənlər üçün nəzərdə tutulan Şöhrət Zalına yeni üzvlər qəbul olunub.

“Report” xəbər verir ki, Florensiya şəhərində baş tutan tədbirdə 2018-ci ilin yekunlarına əsasən, müxtəlif nominasiyalar üzrə təltifetmə olub. “Roma”sın sabiq kapitanı Françesko Totti yerli futbolçu, “İnter”in keçmiş argentinalı kapitanı Xavyer Zanetti legioner oyunçu, “Yuventus”dan ayrılacağı açıqlanan Massimiliano Alleqri isə baş məşqçi nominasiyası üzrə fərqləndirilib.

Həmçinin Şöhrət zalına Cankarlo Antonyoni (italiyalı veteran futbolçu), Nikola Ritsoli (hakim) və Milena Bertolini (italiyalı qadın futbolçu) daxil ediliblər. “Roma”nın sabiq baş məşqçisi Cüzeppe Viani və klubun keçmiş oyunçusu Amedeo Amadei isə ölümündən sonra bu şərəfə layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi