Aleksis Sançes yeni klubunda tibbi baxışdan keçəcək

Aleksis Sançes yeni klubunda tibbi baxışdan keçəcək İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.
Futbol
19 Avqust , 2019 19:25
Aleksis Sançes yeni klubunda tibbi baxışdan keçəcək

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu avqustun 20-də Milanda tibbi baxışdan keçəcək. O, yeni komandasında 1 illik icarə əsasında oynayacaq.

Çilili forvardın 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.

Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib. 

Son xəbərlər

Orphus sistemi