Aleksis Sançes İngiltərə Premyer Liqasında ən ödənişli futbolçuya çevrilib

Aleksis Sançes İngiltərə Premyer Liqasında ən ödənişli futbolçuya çevrilib Çilili forvardın həftəlik maaşı 500 min funt sterlinq təşkil edəcək
Futbol
23 Yanvar , 2018 10:47
Aleksis Sançes İngiltərə Premyer Liqasında ən ödənişli futbolçuya çevrilib

Bakı. 23 yanvar. REPORT.AZ/ “Mançester Yunayted” klubunun yeni transferi Aleksis Sançes İngiltərə Premyer Liqasının ən ödənişli futbolçusu olub.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, çilili forvardın həftəlik maaşı 500 min funt sterlinq təşkil edəcək. Həmçinin 30 yaşlı futbolçu üçün 4 il müddətində 7,5 milyon funt sterlinq bonus nəzərdə tutulub.

Bundan əvvəl ən ödənişli futbolçu adına “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba sahib idi. Fransa yığmasının üzvü həftəsinə 290 min funt sterlinq qazanır.

Qeyd edək ki, Aleksis Sançes 4,5 illik müqaviləyə imza atıb. “Mançester Yunayted” Çilidən olan hücumçunun əvəzinə Henrix Mxitaryanı London “Arsenal”ına verib.

Son xəbərlər

Orphus sistemi